Bir müddət əvvəl avtomobil qəzası keçirən müğənni Ayla Şiriyeva ad gününü göz yaşları içində keçirib.
Bakuplus.az xəbər verir ki, 27 yaşını qeyd edən ifaçının tək arzusu yenidən ayağa qalxmaq olub:
"Ayağa qalxmaq istəyirəm. Ayaqlarımın üstündə dayanmaq istəyirəm. Allahımdan sadəcə ayaqlarımın açılmağını istəyirəm. 27 yaşımda bundan başqa heç bir arzum yoxdur".
Qeyd edək ki, müğənni bir müddət öncə Şahdağdan qayıdarkən Bakı-Sumqayıt yolunda ağır avtomobil qəzasına düşüb.