Separatçı rejimin “prezidenti” Samvel Şahramanyan qondarma dövlətin fəaliyyətini dayandırıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Ermənistan KİV-yə istinadən xəbər verir.
Samvel Şahramnyanın imzaladığı əmrdə deyilir:
“Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi təmin edilir.