Bəstəkar, xalq artisti, professor Sevda İbrahimova vəfat edib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az xəbər verir.
Sevda xanım 83 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
S.İbrahimova 28 noyabr 1939-cu ildə Bakıda anadan olub. O, tarzən, Xalq artisti Qurban Primovun nəvəsi və görkəmli dramaturq, xalq yazıçısı Mirzə İbrahimovun və pianoçu Sara Primovanın qızıdır.
Bəstəkar 2 opera və 5 fortepiano konsertinin müəllifidir. Onun, həmçinin bir sıra kantataları, kamera-instrumental və vokal kompozisiyaları ABŞ, Fransa, İsveç, Almaniya, eləcə də dünyanın digər ölkələrində səsləndirilib.