Yasamal rayonunda daha bir küçədə təmir işləri aparılır. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Rayonun Miкayıl Müşfiq küçəsində, “Qurd qapısı” dairəsindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Məhdudiyyətlər işlər bitənə qədər davam edəcək. Sürücülərdən diqqətli olmaları xahiş olunur.