“Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi yekunlaşıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 4 avqust tarixində xəbər verir.
"Bakcell" şirkətinin dəstəyi ilə keçirilən müsabiqədə Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar öz rəsm əsərlərini təqdim ediblər.
Ən yaxşı rəsmlərin satışından əldə olunan vəsaitə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələr alınıb.
Müsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.
Təşkilatçılar və müsabiqə iştirakçıları vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladlarına baş çəkib, onlara öz qayğı və diqqətlərini ifadə ediblər.
Layihə ümumilikdə 100 şəhid övladını əhatə edib.