Rüstəm İbrahimbəyovun nəşi sabah Bakıya gətiriləcək. Bu haqda bu gün, 14 mart tarixində APA Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən məlumat verib.
Vida mərasimi 16 mart, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib. Martın 13-ü Moskvada vida mərasimi baş tutub.