Sürücülər Sabunçu rayonunun Ramana qəsəbəsindəki yoldan narazıdırlar. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Şikayət qəsəbənin “Komsomolski dairəsi” ərazisindən gəlir. Belə ki, dairəyə çatmamış yolun sağ tərəfindəki lüklər çöküb. Bu səbəbdən də avtomobillərə daim ziyan dəyir.
“Yağış barmaqlıqları asfalt səviyyəsindən çox aşağıdadır. maşının altı dəyir, təkər deformasiyaya uğrayır. Halbuki bu yola asfalt örtüyü yeni çəkilmişdi. Çox bərbad gündədir yol”, - deyə sürücü şikayət edir.