Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilən Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrinin yaşayış komplekslərindəki mənzillərin satışı yekunlaşıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az məlumat verir.
Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında satışa çıxarılan sosial mənzillərin satışı hələ davam edir. Satış ms.sosial.gov.az portalı üzərindən onlayn aparılır.
Satışdan əldə olunan vəsait şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına xərclənəcək.