Bu gün, 4 yanvar tarixində Bakıda görkəmli ictimai xadim, tanınmış Azərbaycan tarixçisi və diplomat Ramiz Abutalıbovla vida mərasimi keçirilib. Bu haqda Report məlumat verib.
Mərasim II Fəxri Xiyabanda baş tutub.
Ramiz Abutalıbov 2022-ci il yanvarın 1-də 85 yaşında vəfat edib.
Ramiz Abutalıbov 1937-ci ildə Gəncədə anadan olub. Müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb. Azərbaycan emiqrasiyasının tarixinə həsr olunmuş əsərlərin müəllifidir.