Bu gün, iyulun 11-də saat 08:00-dan 18:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar, yolun müəyyən edilmiş hissəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu haqda Moderator.az məlumat verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, işlərin aparıldığı ərazidə avtomobillərin ikitərəfli hərəkəti təmin ediləcək.
Sürücülərdən aparılan təmir-bərpa işlərinə anlayışla yanaşmaları, göstərilən istiqamətdə yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.