Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Mama-ginekoloq Mehriban Adil qızı Abasquliyeva tibb müəssisəsinin direktoru vəzifəsinə təyin olunub. Bu haqda Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Mehriban Abasquliyeva Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. O, 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, daha sonra baş həkim vəzifələrində çalışıb. Həmçinin o, 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib və 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.
M.Abasquliyeva Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub, eyni zamanda tibb elmləri namizədidir.
[caption id="attachment_85193" align="alignnone" width="640"]
Foto TƏBİBin rəsmi Facebook səhifəsi[/caption]