İçərişəhərə giriş məhdudlaşdırılır. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az “1News”a istinadən xəbər verir.
Tarixi abidələrin qorunması məqsədilə qoruğa avtomobillərin girişinə məhdudiyyət qoyulacaq.
Belə ki, pik saatlarda əraziyə giriş zamanı İçərişəhərdə işləyən işçilərə və sakinlərə üstünlük veriləcək. Həmçinin xüsusi təyinatlı nəqliyyat vasitələrinin girişi təmin olunacaq. Digər avtomobillər üçün isə giriş cədvələ uyğun tənzimlənəcək.
Sözügedən qrafik qoruğa girişlərdə quraşdırılacaq.