“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən idarənin Aparat rəhbəri Riad Qasımov vəzifəsindən azad olunub. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təyinat alıb.
R.Qasımov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 10, keçmiş vəzifəsində isə 5 ildir çalışırdı.