İçərişəhər UNESCO-nun təqvimində yer alıb. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az qoruğa istinadən xəbər verir.
UNESCO-nun 2024-cü il dünya irs təqviminin iyun ayında İçərişəhər yerləşdirilib. Təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin incisi hesab olunan abidələri daha geniş auditoriyaya çatdırmaqdır.
Təqvimə ümumilikdə 12 abidə daxil edilib. Onlar UNESCO Ümumdünya İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından seçilib.