Bakının “İçərişəhər” qoruğu ərazisində keçirilən “Sehrli qala” sərgisi Bakı sakinləri tərəfindən maraqla qarşılanıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az məlumat verir.
Yarmarkada müxtəlif yerli və xarici məhsullar təqdim olunub. Məşhur brendlərlə yanaşı, KOBİA dəstəyi ilə burada əl işləri və kənd təssərrüfatı malları satılır.
Əl işi bijüteriya malları burada 1-30 manat, yerli rəssamların yaratdıqları 30-200 manat, təbii sabun 6-20 manat, bal 25-150 manat dəyərində satılır.
Satış sərgisi 17 yanvar tarixinədək davam edəcək.
[URIS id=84939]