“Ural Hava Yolları” icazəsiz Bakıya reysə biletləri satışa çıxarıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən şirkət Jukovski–Bakı aviareysinə biletləri Azərbaycan Respublikasının dövlət mülki aviasiya orqanlarının icazəsi olmadan satışa çıxarıb. Bu səbəbdən həmin reys ləğv edilib.
“İndiyədək Azərbaycan tərəfindən Jukovski–Bakı reysi üzrə hər hansı qərar qəbul edilməyib və “Ural Hava Yolları” aviaşirkətinə müsbət və ya mənfi cavab verilməyib”, – deyə açıqlamada bildirilib.