Bu gün, 5 avqust tarixində Rusiya Hərbi Dəniz Donanmasının (HDD) və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti Bakıya gəlib. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hərbçilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” çərçivəsində keçiriləcək “Dəniz kuboku” yarışında iştirak edəcəklər.
Bildirilir ki, Rusiyanın “Həştərxan” və “Mahaçqala” kiçik artilleriya gəmiləri, həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin “SB-45” xilasedici yedək gəmisi və şəxsi heyəti Puta hərbi dəniz bazasına gəliblər.