Azərbaycan və Rusiyanın baş nazirləri görüşüblər. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Görüş Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilir. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildirlər.
Görüşdən öncə burada Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırıldığı bildirilib.
M.Mişustinin Azərbaycana səfəri iki gün davam edəcək.