14:10 - Yenilənib:
Bakıya məcburi eniş edən “Utair” aviaşirkətinin təyyarəsi Gəncəyə yola düşüb. Hava nəqliyyatı 12:42-də Bakıdan qalxıb.
13:40 - “Utair” aviaşirkətinin təyyarəsi Bakıya məcburi eniş edib
Rusiya aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Moskva-Gəncə marşrutu üzrə hərəkət edən “Utair” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi təyinat yerini duman bürüməsi səbəbindən Bakı aeroportuna saat 10:42-də eniş edib.