Səbail rayon Gənclər və İdman İdarəsinə yeni təyinat olub. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Elnarə Əliyeva-İskəndərova Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bu haqda nazir Fərid Qayıbov əmr imzalayıb.
Elnarə Əliyeva-İskəndərova cari ilin may ayından Səbail Rayon Gənclər və İdman İdarəsinin rəis müavini və rəisi vəzifəsini müvəqqəti icra edirdi.