Səbail Rayon Polis İdarəsində (RPİ) kadr dəyişikliyi qeydə alınıb. Bu haqda bu gün, 6 oktyabr tarixində Oxu.az məlumat yayıb.
Polis polkovniki Hikmət Qasımov Mingəçevir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Səbail RPİ-ə rəis təyin olunub.
Bundan əvvəl H.Qasımov Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi vazifəsində çalışıb.