Bakının Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu haqda 17 noyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Qeyd olunan küçələrdə aparılan təmir işləri ilə əlaqədar, həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.