Şəhid Cavidan Ağayevin ailə üzvləri ziyarət olunublar. Bu haqda 3 dekabr tarixində Səbail Rayon İcra Hakimiyyəti məlumat verib.
Səbail RİH-nin başçısı Vüqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsi, 34 ünvanında Vətən müharibəsi şəhidi Ağayev Cavidan Mirzağa oğlunun ailə üzvlərini ziyarət ediblər.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
[caption id="attachment_81632" align="alignnone" width="896"]
Foto Səbail rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]