Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinə basqın edən 32 yaşlı Elnur Əmənovun məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarov tərəfindən baxılıb. Hökmə əsasən, təqsirləndirilən 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin 15 noyabr tarixində Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində qeydə alınıb. Əmənov sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib, mağazadan 30 min manat pul götürərək qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elnur Əmənov şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib.