Paytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinə basqın edən şəxs tutulub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
31 yaşlı Elnur Əmənov polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun barəsində araşdırmalar davam edir.
15 noyabr tarixində sözügedən ticarət mərkəzindəki mağazalardan birinə dəmirlə hücum edərək külli miqdarda pul oğurlamışdılar.