“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən oğurluq edən xadiməyə hökm oxunub. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib.
44 yaşlı R.Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evindən müxtəlif vaxtlarda ümumilikdə 803.118 manatlıq oğurluq edib. O, oğurladığı pul, qızıl və digər əşyaları Zabrat qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində basdırıb.
Cabbarova özünü qismən təqsirli bilir. Onun iddialarına görə, oğurladığı məbləği geri qaytarıb, zərərçəkmiş şəxslər isə qisas almaq məqsədilə dəymiş ziyanın məbləğini şişiriblər.