Bakı Hərbi Məhkəməsi rüşvətə görə keçmiş məmura hökm oxuyub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini, Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması müqabilində vətəndaşlardan rüşvət alıb.