Tanınmış ifaçı Səmra Rəhimlinin İnstagram səhifəsi oğurlanıb. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az 1News.az-a istinadən xəbər verir.
“Avroviziya - 2016”da Azərbaycanı təmsil etmiş müğənninin “samraeurovision” adlı İnstagram səhifəsindən bütün şəkillər silinib, daha sonra “Səmra Rəhimli, Xoş gəldin” yazısı ilə hekayə paylaşıldıqdan sonra səhifə silinib.
İnstagram səhifəsinin 143.000 izləyicisi var idi.
Daha öncə Aygün Kazımova və daha bir neçə məşhurun İnstagram səhifələrinə kiberhücumlar təşkil edilmişdi.