“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fevralın 7-də işləməyəcək. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar sözügedən mərkəzlərdə qeyri-iş günü olacaq.
Buna baxmayaraq, vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə, həmçinin hazır sənədlərin götürülməsi ilə bağlı müraciət edə bilərlər.
Həmin xidmətlərlə bağlı iş rejimi 08:00-19:00 arası olacaq.