Sabahdan hava küləkli olacaq. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
7 mart günün 2-ci yarısından 8 mart səhərə qədər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.