Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Fevralın 10-da paytaxtda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-11, gündüz isə 13-18 dərəcə isti olacaq.