Qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
18 fevral tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir yağıntılı olacağı, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq.