Bakıya qarın yağması davam edəcək. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Verilən məlumata əsasən, 11 yanvar tarixində paytaxt ərazisində havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Yolları buz bağlayacaq.
Sakinlərdən diqqətli olmaları xahiş olunur.