Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcədədək isti, gündüz isə 7-12 dərəcə isti olacaq.