Dekabrın 24-dən 108A nömrəli marşrutla hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
“Azadlıq prospekti” metro stansiyası – Fatmayı bağları marşrutu üzrə hərəkət edən avtobuslar bir neçə ay əvvəl müsabiqəyə çıxarılıb. Nəticədə müsbiqənin qalibi “Bakubus” MMC elan edilib. Xəttin istismarı həmin daşıyıcıya həvalə olunub.