Azərbaycanın sabiq naziri dünyasını dəyişib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az xəbər verir.
Keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev 78 yaşında vəfat edib. O, iqtisadiyyat naziri və Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
N.Nəsrullayev Bakıda anadan olub. O, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib.