Bakının Sabunçu rayonu, Şəhər şosesi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsində dəyişiklik edilib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Sözügedən ərazidə Zabrat qəsəbəsi istiqamətində sıxlıq yarandığı müşahidə olunub. Tıxacın, əsasən, axşam saatlarında olduğu müəyyən edilib.
Bu səbəbdən qeyd olunan kəsişmədə Zabrat qəsəbəsi istiqamətində işıqforun vaxt planı 10 saniyə artırılıb. Dəyişiklikdən sonra ərazidə sıxlığın qarşısı qismən alınıb.