Sabunçu rayonunda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rayonun Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, ümumi çəkisi 12 kiloqram olan 394 çətənə kolu aşkar edilib. Həmin şəxslər çətənə kollarının kultivasiyası ilə məşğul olurdular.
Cari ilin iyun ayı ərzində Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb. Onların hər biri barəsində cinayət işi açılıb.