Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Bakı Olimpiya Stadionunun qarşısındakı tuneldə qeydə alınıb. 173 nömrəli marşrut xətti üzrə xidmət göstərən “Daewoo” markalı avtobus yük maşınına çarpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən bəziləri yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/1707397240.mp4"][/video]