Sabunçu rayonunda İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda BakuPlus.az 19 iyul tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Zabrat qəsəbəsi 71 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi, Zabrat bələdiyyəsinin sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Qəsəbə sakinləri rayonda onları narahat edən şəxsi məsələlərin həlli ilə bağlı icra başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
[caption id="attachment_53192" align="alignnone" width="800"]
Foto Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]