Bakıda külək təhlükəli vəziyyət yaradıb. Bu haqda 7 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Sabunçu rayonunda külək birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünü yerindən qoparıb. Nəticədə dam örtüyü asılı vəziyyətdə qalaraq təhlükə mənbəyinə çevrilib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər dam örtüyünü müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.