Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 noyabr tarixində xəbər verir.
53 yaşlı Şəmilov Elşən Əhməd oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.
Xəstəxanaya çatdırılan yaralıya sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.