Paytaxtın Sabunçu rayonunda heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
AQTA tərəfindən keçirilən yoxlamalar zamanı Sabunçu rayonundakı heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb. Onların yerləşdikləri ərazilər aşağıdakı kimidir:
- Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi;
- Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi;
- Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsi;
- Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi;
- Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi;
- Sabunçu rayonu, Ramana qəsəbəsi;
- Sabunçu rayonu, Maştağa-Zabrat şosesi.
Həmin obyektlərdə ət kəsimi üçün nəzərdə tutulmuş konstruksiyalar sökülüb, sahibkarlar məsuliyyətə cəlb olunublar.
Monitorinqlərin bundan sonra da davam edəcəyi bildirilir.