Bakıda daxili işlər orqanlarına yeni təyinatlar olub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev isə Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.