Sabunçu rayonunda kəsici-deşici alətlərin satışının qarşısı alınıb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar nəticəsində adıçəkilən rayonun Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində 9 mağazadan satış üçün nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.