Rusiyanın “Utair” aviaşirkəti Sankt-Peterburq - Bakı marşrutu üzrə uçuşların sayını artırır. Bu barədə məlumatı 31 avqust tarixində şirkətin mətbuat xidməti yayıb.
Uçuşların sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılır. Uçuşlar bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri yerinə yetiriləcək.
“Utair” bu il iyulun 5-dən Sankt-Peterburqdan Bakıya reyslərin icrasına başlayıb.