Daha bir sərnişin avtobusu “BakuBus”a keçir. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Savalan yaşayış massivi və “Koroğlu” NMM-i əlaqələndirən 139 nömrəli marşrut xətti “BakuBus”a həvalə edilib. Bununla da 12.000 nəfərdən artıq sakin yeni tipli avtobuslardan istifadə edə biləcək.
Yeniliklər 24 iyul tarixindən etibarən qüvvəyə minəcək.