Paytaxtın seçki məntəqələrində ekzitpol keçirilir. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ekzitpol üçün üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC akkreditasiya olunub. Proses ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirilir.
"Müəyyən edilmiş bir say var ki, o saydan bir seçiciləri dəvət edirik. Onlar məntəqədə səsvermədə iştirak etdikləri kimi burada da anonim formada prosesdə iştirak edirlər", – deyə Rəy Monitorinq Mərkəzinin nümayəndəsi Fərid Mirzəyev qeyd edib.