Sinqapura uçan təyyarə Bakıya təcili eniş edib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Swiss International Air Lines” aviaşirkətinə məxsus, Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisi Bakıya məcburi eniş edib. Buna səbəb sərnişinlərdən birinin insult keçirməsi olub.
“Boeing 777” təyyarəsi yerli vaxtla saat 06:53-də Bakı hava limanında uğurla eniş edib, sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.