Dövlət Neft Şirkətinə məxsus olan “SOCAR Midstream Operations” MMC-də kadr dəyişikliyi olub. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Report.az-a istinadən xəbər verir.
Şirkətin direktoru Fuad Əhmədov vəzifəsindən azad edilib. Onun əvəzinə şirkətə rəhbərlik Fərhan Əliyevə həvalə olunub.
F.Əliyev əvvəllər Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini olub.
“SOCAR Midstream Operations” 2014-cü ildə yaradılıb. Şirkət qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil edir.